"Rubin-2"nin baş məşqçisi Gökdəniz Karadəniz Kazan klubu ilə yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə 2025-ci ilin sonuna qədər nəzərdə tutulub. Karadeniz 2023-cü ilin iyul ayından bu vəzifədə çalışır.

Qeyd edək ki, ötən mövsüm türkiyəli mütəxəssisin rəhbərliyi altında "Rubin-2" II Liqanın B Divizionunun 4-cü qrupunda üçüncü yeri tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest