15 Yanvar 2025, 18:55
FUTBOL
"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç zədə səbəbindən 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq.
Matc.az xəbər verir ki, 30 yaşlı qolkiper Superliqanın XIX turunun "Konyaspor"la oyununda zədələnib.
Müayinədən sonra onun sağ ayağının arxa əzələsində yırtıq aşkarlanıb.
Qeyd edək ki, "Konyaspor" – "Fənərbaxça" qarşılaşması 3:2 hesabı ilə İstanbul klubunun qələbəsi ilə yekunlaşıb.