Futbol üzrə Albaniya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" bu gün doğma meydanda "Kastrioti"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

23 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və komandasının ilk qolunu vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest