"Real"ın hücumçusu Kilian Mbappe Fransa millisinin noyabrda Millətlər Liqası oyunları üçün heyətinə daxil edilməyib.

Matc.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Mbappe millinin ardıcıl ikinci toplanışını buraxacaq. Oktyabr ayında futbolçu omba nahiyəsindən aldığı zədə səbəbindən milliyə çağırılmamağı xahiş etmişdi.

Qeyd edək ki, fransızlar noyabrın 14-də İsrail komandasını qəbul edəcək, ayın 17-də səfərdə İtaliya ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest