“Sabah” İsveçrə klubu ilə qarşılaşacaq
Azərbaycanın UEFA Gənclər Liqasındakı təmsilçisi “Sabah” bu gün Çempionlar yolunun II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Matc.az xəbər verir ki, “Sabah”ın U-19 komandası Bakıda İsveçrənin “Bazel” kollektivini qəbul edəcək. “ASCO Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.