İngiltərə millisinin hücumçusu Temmi Abraham maraqlı açıqlama verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək qarşıdakı oyunlarda meydanı yarımçıq tərk edə biləcəklərini söyləyib.

"çelsi"nin forvardı oyunlar zamanı irqçi təhqirlərə məruz qalacaqları təqdirdə bu addıma əl atacaqlarını vurğulayıb: "Əgər birimizə qarşı irqçilik edilsə, bu, hamımıza təsir göstərəcək. Millinin kapitanı Harri Keyn dedi ki, əgər birimiz bu şəkildə incisək, hamımız meydanı tərk edəcəyik".

Qeyd edəki, İngiltərə yığması seçmə mərhələ çərçivəsində oktyabrın 11-də çexiyanın, 14-də isə Bolqarıstanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest