08 Noyabr 2018, 10:34
ÇEMPİONLAR LİQASI
çempionlar Liqasında qrup mərhələsinin IV turunun ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb. Matç.az saytı xəbər verir ki, UEFA bu ada 4 iddiaçını müəyyənləşdirib.
Bunlar Harri Keyn ("Tottenhem"), Milan Pavkov ("Srvena Zvezda"), Riyad Mahrez ("Mançester Siti") və Kərim Benzemadı ("Real").
Keyn PSV (2:1), Pavkov "Liverpul" (2:0), Benzema "Viiktoriya" (5:0) ilə qarşılaşmada dubla imza atıb. Mahrez isə "Şaxtyor"la (6:0) dueldə 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Qeyd edək ki, azarkeşlərin səsverməsi ilə müəyyənləşən ən yaxşı futbolçu sabah bəlli olacaq.