Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulacaq. Matc.az xəbər verir ki, turun son görüşündə çempionatın liderləri üz-üzə gələcək.
 
"Qəbələ" milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsindəki son matçda "Qarabağ"la qarşılaşacaq. Bu görüş Ağdam təmsilçisinin meydanında keçiriləcək.
 
Bu matç iki komanda arasında 62-ci duel olacaq. "Qəbələ" ilə "Qarabağ" indiyədək 61 dəfə üz-üzə gəlib. Bu oyunlarda 12 dəfə qalib gələn "qırmızı-qaralar" 19 qarşılaşmada heç-heçə edib. Digər 30 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran "Qəbələ" futbolçuları öz qapısından 90 top buraxıb.
 
"Qəbələ" Premyer Liqada 51-ci dəfə "Qarabağ"la görüşəcək. İndiyədək keçirilən 50 oyunda 10 qələbəsi olan "Qəbələ" 14 dəfə meydanı sülhlə tərk edibsə, 26 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan "qırmızı-qaralar" 76 top buraxıb.
 
"Qəbələ" tarixində 31-ci dəfə "Qarabağ"ın qonağı olacaq. Rəqib meydanında 4 qələbəsi olan komanda 9 heç-heçə edib və 17 dəfə uduzub. Səfərdə 21 qolu olan "Qəbələ" futbolçuları 49 top buraxıb.
 
Bu gün "Azersun Arena"da keçiriləcək "Qarabağ" – "Qəbələ" matçına saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest