"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Futbolçularımı təbrik edirəm. Bu qələbəni haqq etdilər. çox istəkli idilər. Meydanda ən yaxşısını etdilər. çempionatın lider komandalarından birinə qarşı oynadıq. Oyunlarını gördükdən sonra əmin olduq ki, boşuna ilk sırada deyildilər. çox yaxşı komandaya qarşı oynadıq. Maraqlı görüşün şahidi olduq. Hər iki komanda sürətli, tez hücumlar qururdu. Futbolçularımdan razı qaldım.
 
Qələbədə futbolçularımızın ustalıq səviyyəsinin həlledici olması mümkündür. Hər kollektivin öz üstünlüyü var. Xüsusilə ikinci hissədə meydana çıxan Filip Ozobiçlə Abdullah Zubir oyunu tam ələ ala bildilər. Rəqibin heyətində də yaxşı futbolçular var. Bəlkə də təcrübə hansısa anda köməyimiz oldu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest