5 matçlıq seriyanı dayandıran "Keşlə" 135 günlük qələbə həsrətinə son qoyub. Qurbanovun yetirmələri sonuncu dəfə ötən mövsümün mayın 19-da keçirilən son turunda "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etmişdi.

"Keşlə" Premyer Liqada mövsümün ilk qələbəsini qazanıb. Matc.az xəbər verir ki, Sənan Qurbanovun baş məşqçisi olduğu komanda 6-cı turda "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.
 
Bu qələbə ilə "Keşlə" antirekordun bir addımlığında dayanıb. Bakı klubunun tarixində Premyer Liqanın startındakı ən gec məğlubiyyəti 7-ci tura təsadüf edib. Bu, 2018/19 mövsümündə qeydə alınıb. Həmin vaxt 6 turda 2 heç-heçə və 4 məğlubiyyəti olan komanda uğursuzluğa 7-ci oyunda son qoyub.
 
5 matçlıq seriyanı dayandıran "Keşlə" 135 günlük qələbə həsrətinə son qoyub. Qurbanovun yetirmələri sonuncu dəfə ötən mövsümün mayın 19-da keçirilən son turunda "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest