Mətbuat konfransı zamanı "Sabah" klubunun baş məşqçisi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilib.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
 
Premyer Liqanın 6-cı turunun "Zirə" – "Sumqayıt" oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 800 manat cərimə olunub.
 
"Keşlə" – "Sabah" oyununda "Sabah" klubunun bəzi rəsmi şəxsləri "A" buraxılış vərəqəsindən istifadə etmədiyinə görə klub 800 manat cərimə olunub. Klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 
Mətbuat konfransı zamanı "Sabah" klubunun baş məşqçisi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest