Bu gün UEFA çempionlar Liqasının II təsnifat mərhələsində növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, növbəti oyun günündə 5 qarşılaşma baş tutub.
Türkiyə təmsilçisi "Fənərbaxça" Polşada Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gəlib. Bu qarşılaşmada qapılara qol vurulmayıb.
HJK Finlandiyada çexiyanın "Viktoriya" (Plzen) komandası ilə oyundan məğlub ayrılıb. "Makkabi" (Hayfa) isə İsraildə Yunanıstan "Olimpiakos"u ilə görüşdən heç-heçə ilə ayrılıb.
"Qarabağ"ın növbəti raunddakı potensial rəqiblərindən olan "Ferentsvaroş" Macarıstanda Slovakiyanın "Slovan" (Bratislava) kollektivini sınağa çəkib. üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanıblar.
Nəhayət, günün sonuncu matçında Moldova "Şerif"i Sloveniyada "Maribor"un qonağı olub. Bu oyunda qapılara qol vurulmayıb.
UEFA çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
20 iyul
HJK (Finlandiya) – Viktoriya (Plzen, çexiya) 1:2
Makkabi (Hayfa, İsrail) – Olimpiakos (Yunanıstan) 1:1
Ferentsvaroş (Macarıstan) – Slovan (Bratislava, Slovakiya) 1:2
Dinamo (Kiyev, Ukrayna) – Fənərbaxça (Türkiyə) 0:0
Maribor (Sloveniya) – Şerif (Moldova) 0:0