28 İyul 2022, 17:02
ÇEMPİONLAR LİQASI
UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçiriləcək ilk oyunun hakim təyinatları açıqlanıb. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Andreas Ekberq olacaq. Ona yan xətt hakimləri Mehmet çulum və Niklas Nyuberq kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Adam Ladebek yerinə yetirəcək.
Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyuna saat 20:00-da start veriləcək. Cavab oyunu isə avqustun 9-da Budapeştdə baş tutacaq.