03 Avqust 2022, 00:51
ÇEMPİONLAR LİQASI
Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutub.
İlk oyunda "Qarabağ"ın pley-offdakı potensial rəqibləri üz-üzə gəliblər. "Şerif" Moldovada çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edib. üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Bolqarıstanda "Ludoqorets"in qonağı olub. 25 yaşlı forvard zədə səbəbindən bu görüşdə iştirak edə bilməyib. Onun yoxluğunda komandası səfərdən qalib dönməyi bacarıb.
Niderland PSV-si Fransada "Monako" ilə qarşılaşıb. Bu oyunda komandalar hərəyə 1 qol vurublar. Şotlandiya "Reyncers"i Belçikada "Yunion" ilə dueldən məğlub ayrılıb. Danimarka "Midtyulland"ı da Portuqaliyada "Benfika" ilə oyunda ağır məğlubiyyətə üzülüb.
Bu mərhələnin digər 5 oyunu avqustun 3-də keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda Macarıstan "Ferentsvaroş"unu qəbul edəcək.
UEFA çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
2 avqust
Şerif (Moldova) - Viktoriya (Plzen, çexiya) 1:2
Ludoqorets (Bolqarıstan) - Dinamo (Zaqreb, Xorvatiya) 1:2
Monako (Fransa) - PSV (Niderland) 1:1
Yunion (Belçika) - Reyncers (Şotlandiya) 2:0
Benfika (Portuqaliya) - Midtyulland (Danimarka) 4:1