Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, 10 qarşılaşmanın hamısı eyni gündə gerçəkləşib.

Bu gün UEFA çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, 10 qarşılaşmanın hamısı eyni gündə gerçəkləşib.

Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanda "Ferenstvaroş"la üz-üzə gəlib və inamlı qələbə sayəsində növbəti mərhələyə yüksəlib. Bakıdakı ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1.

Moldova "Şerif"i çexiyada "Viktoriya" (Plzen) kollektivinin qonağı olub. Kişinyovdakı ilk qarşılaşmada "Şerif" 1:2 hesabı ilə uduzmuşdu. Cavab görüşündə də qalib gələn "Viktoriya" "Qarabağ"ın rəqibi olub.

Mahir Emrelinin komandası – Zaqreb "Dinamo"su Xorvatiyada Bolqarıstan "Ludoqorets"ini sınağa çəkib. Xorvatiya çempionu ilk matçda bu rəqibinə qalib gəlmişdi – 2:1. Daha məhsuldar alınan cavab matçında da sevinən futbolçumuzun komandası olub. Mahir bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Digər cütlərdə "Bodo Qlimt" (Norveç), "Makkabi" (Hayfa, İsrail), "Srvena Zvezda" (Serbiya), "Benfika" (Portuqaliya), PSV (Niderland), "Dinamo" (Kiyev, Ukrayna) və "Reyncers" (Şotlandiya) komandaları növbəti mərhələyə vəsiqə qazanan tərəf olub.

UEFA çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
9 avqust

Jalgiris (Litva) – Bodo Qlimt (Norveç) 1:1
İlk oyun – 0:3

Apollon (Kipr) – Makkabi (Hayfa, İsrail) 2:0
İlk oyun – 0:4

Viktoriya (Plzen, çexiya) – Şerif (Moldova) 2:1
İlk oyun – 2:1

Pünik (Ermənistan) – Srvena Zvezda (Serbiya) 0:2
İlk oyun – 0:5

Midtyulland (Danimarka) – Benfika (Portuqaliya) 1:3
İlk oyun – 1:4

Ferentsvaroş (Macarıstan) – Qarabağ (Azərbaycan) 1:3
İlk oyun – 1:1

Dinamo (Zaqreb, Xorvatiya) – Ludoqorets (Bolqarıstan) 4:2
İlk oyun – 2:1

PSV (Niderland) – Monako (Fransa) 3:2
İlk oyun – 1:1

Şturm (Avstriya) – Dinamo (Kiyev, Ukrayna) 1:2
İlk oyun – 0:1

Reyncers (Şotlandiya) – Yunion (Belçika) 3:0
İlk oyun – 0:2

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest