14 Avqust 2022, 19:55
ÇEMPİONLAR LİQASI
UEFA çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Viktoriya" oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, avqustun 16-da, saat 12:00-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. 50 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlərlə görüşəcək. Saat 18:15-də isə Ağdam təmsilçisi doğma "Azersun Arena"da media üçün açıq məşqə (ilk 15 dəqiqəsi) çıxacaq.
Saat 19:45-də "Viktoriya"nın baş məşqçisi Mixal Bilekin mətbuat konfransı başlayacaq. 20:30-da da rəqib komanda media üçün açıq məşqə (ilk 15 dəqiqəsi) çıxacaq. Həm mətbuat konfransı, həm də açıq məşq Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
"Qarabağ"ın yaydığı məlumatda qeyd olunur ki, oyundan öncə və sonra mətbuat konfranslarında iştirak edəcək media nümayəndələrinin UEFA-nın tələbinə əsasən, FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.