14 Avqust 2022, 20:07
ÇEMPİONLAR LİQASI
Çexiyanın tanınmış mütəxəssisi Ladislav Vizek ölkəsinin mətbuatına açıqlamasında Çempionlar Liqasının pley-off mərhələsindəki "Qarabağ" - "Viktoriya" cütlüyü barədə fikilərini bölüşüb.
çexiyanın tanınmış mütəxəssisi Ladislav Vizek ölkəsinin mətbuatına açıqlamasında çempionlar Liqasının pley-off mərhələsindəki "Qarabağ" – "Viktoriya" cütlüyü barədə fikilərini bölüşüb. Matc.az saytı xəbər verir ki, çexoslovakiya millisinin sabiq futbolçusu həmyerlilərinə güvəndiyini bildirib:
"Mixal Bilek əla məşqçi olduğunu qurduğu sistemlə göstərdi. "Viktoriya" çox oyunda bir qolla qalib gəlir ki, bu da özünəməxsus hiylədir. "Qarabağ" da keçilməz rəqib deyil. "Viktoriya" bunu bacarsa, hamının çox yaxşı bildiyi nağıl ili olacaq".
67 yaşlı məşqçinin fikrincə, plzenlilər Azərbaycan çempionunu üstələməyə qadirdi: "Qarabağ" arzuolunmaz rəqibdir. Onlar güclü "Ferentsvaroş"u məğlub etməyi bacardı. Şəxsən mən macarların mərhələ adlamasını gözləyirdim. "Qarabağ" qalib gəldi, amma yenə də Azərbaycan klubudur. Onlardan nə gözlədiyimi, həqiqətən də, bilmirəm. Hazırda şansları yarı-yarıya görürəm. "Viktoriya" qrupa düşməyi bacarsa, bu, "bomba" olacaq. Plzen klubunun uşaqları ölümsüzlük üçün oynayırlar".
Qeyd edək ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda, cavab görüşü isə ayın 23-də Plzendə keçiriləcək.