çexiyanın "Viktoriya" (Plzen) komandası "Qarabağ"la UEFA çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya yollanan futbolçularının siyahısını açıqlayıb. Matc.az Plzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 23 oyunçu yer alıb.
 
Qapıçılar: Marian Tvrdon, Martin Yedliçka, Yindrjix Stanek;
 
Müdafiəçilər: Lukaş Heyda, Məhəmməd Tijani, Ludek Pernitsa, Vatslav Yemelka, Milan Havel, Filip çihak, Libor Holik;
 
Yarımmüdafiəçilər: Vatslav Pilarj, Yan Sikora, Yan Kopiç, Con Moskera, Pavel Buxa, Kadu, Lukaş Kalvax, Aleş çermak, Erik Yirka, Modu Ndiay;
 
Hücumçular: Yan Kliment, Tomaş Xori, Rene Dediç.
 
Sabah Tofiq Bəhramov adına Respublik stadionunda keçiriləcək "Qarabağ" – "Viktoriya" matçına saat 20:45-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 23-də Plzendə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest