UEFA çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan çexiyanın "Viktoriya" (Plzen) komandasının məşqçisi Pavel Horvat Bakı səfəri öncəsi Azərbaycan çempionu barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 47 yaşlı məşqçi mümtəxəssis Ağdam klubunu xeyli tərifləyib:
 
"Qarabağ" bizim üçün xoşagəlməz rəqibdir. Onlar topu özlərində çox saxlayırlar. Topu itirdikdən sonra çoxlu pressinq edirlər. Xüsusən ev matçlarında çox cəsarətlidirlər və müdafiəçilərə qarşı uğurlu təzyiq göstərirlər. Beləcə çox topu qazanır və sonra rəqibəri cəzalandırırlar. Onlar topu alanda çox təhlükəli və məhsuldar olurlar. Bizim üçün buraxmamalı olduğumuz və əksinə onları necə keçməli olduğumuz nida işarələri var.
 
Bakıda çexiyaya nisbətən hava çox istidir, rütubət olacaq və əlbəttə ki, komandalarını irəli səsləyən azarkeşlər. üstəlik heyətlərində elə futbolçular var ki, bizim liqada elələrini görməyə çox da öyrəşməmişik. Braziliyalılar, fransız, afrikalılar, bir sözlə ustalıq səviyyələri yüksəkdir. Topu ayağı ilə sadəcə irəli vuran futbolçu yoxdur. Bu, həmişə çatışmazlıqdır. Onların zəif cəhətlərini axtarmış olsaq, futbol nöqteyi-nəzərdən bu çox azdır.
 
çexiyada da kifayət qədər istidir. Səhər 10-dan 11:30-a qədər məşqlər isti hava şəraitində keçir. Amma bizi orda gözləyən rütubət daha çox olacaq. Gedib çatdıqdan sonra necə olacağını yerində biləcəyik".
 
Qeyd edək ki, sabah keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest