16 Avqust 2022, 20:00
ÇEMPİONLAR LİQASI
"Rəqibin oyun üslubu dəyişməyib. Hücum futbolu sərgiləyir. Sabah müdafiə futbolu oynayıb, əlimizə düşən şanslardan istifadə etmək istəyirik".
çexiyanın "Viktoriya" (Plzen) komandasının yarımmüdafiəçisi Yan Kopits UEFA çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
"6 il öncə burada keçirdiyimiz oyun çox yaxşı yadımdadır. Stadion əla vəziyyətə idi. Biz həmin vaxt qələbə qazanmışdıq".
32 yaşlı yarımmüdafiəçi yüngül zədədən əziyyət çəkdiyini bildirib: "Amma bunun mənə hər hansı çətinlik yaradacağını düşünmürəm".
Təcrübəli oyunçu "Qarabağ"ın güclü komanda olduğunu söyləyib: "Rəqibin oyun üslubu dəyişməyib. Hücum futbolu sərgiləyir. Sabah müdafiə futbolu oynayıb, əlimizə düşən şanslardan istifadə etmək istəyirik".
O, "Qarabağ"ın böyük azarkeş kütləsinə malik olduğunu vurğulayıb: "Bilirik ki, üzərimizdə basqı olacaq. Lakin biz qalib gəlib, mərhələ adlamaq istəyirik. O vaxt şans nəticəsində qələbə qazanmışdıq. Sabah isə şansa bel bağlamaq niyyətində deyilik. öz oyunumuzla uğur qazanmaq fikrindəyik".
Sabah Tofiq Bəhramov adına Respublik stadionunda keçiriləcək "Qarabağ" – "Viktoriya" matçına saat 20:45-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 23-də Plzendə baş tutacaq.