çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, dünən "Viktoriya" (Plzen) ilə birinci görüşdə 1:1 hesablı heç-heçə edən "Qarabağ" Azərbaycanın hesabına növbəti xalları yazdırıb.
 
Bununla, cari mövsümün qazancı - 2,000-a yüksəlib. Son beş mövsümün nəticələrinə görə hesablanan əmsalımız 14,625-dir. Azərbaycan Avropada 29-cu pillədə qalıb. 28-ci olan Polşa ilə ölkəmizin fərqi 1,250-yə düşüb. 30-cu yerdə qərarlaşan Qazaxıstanın isə avrokuboklarda təmsilçisi qalmadığı üçün Azərbaycan onlar üçün əlçatmazdır.
 
Qeyd edək ki, siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest