24 Avqust 2022, 10:58
ÇEMPİONLAR LİQASI
Çexiyanın "Viktoriya" (Plzen) klubunun sahibi Adolf Şadek UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyununu şərh edib.
çexiyanın "Viktoriya" (Plzen) klubunun sahibi Adolf Şadek UEFA çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:
"Emosional olaraq özümdə deyiləm. Əvvəl ölü idim, sonra yarı ölü oldum, indi isə diriyəm. Futbolçulara bunu dərk etdiklərinə görə minnətdaram. Oyun günü Sofiya adlı övladım dünyaya gəldi. Deməliyəm ki, heç vaxt bitməyəcək bir günüm oldu. Dördüncü dəfə çempionlar Liqasına yüksəldik. Bu, futbolçularımız üçün çox şey deməkdir. üstəlik, qızım günorta saat 4-ün yarısında doğuldu. Ona rəmzi olaraq, Viktoriya adını qoymağım uyğunsuz olardı.
Oyuna ofisdə baxdım. Ofisdə tək idim, oyuna baxanda 7-8 dəfə tullanmışam. Uşaqlara inanırdım, amma rəqibin səviyyəsi ikinci qolu vurmağımıza imkan vermirdi. Bu halla daxilən mübarizə aparırdım. Səhərdən məndə çətin gün idi. Uşaqların sayəsində son 20 dəqiqədə rəqibə nəfəs almağa imkan vermədik".
"Viktoriya" Bakıda qolsuz heç-heçə etdiyi "Qarabağ"ı cavab görüşündəki əzmkar qələbə sayəsində üstələyərək, çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Ağdam klubu isə mübarizəni Avropa Liqasında davam etdirəcək.