15 Sentyabr 2022, 17:25
ÇEMPİONLAR LİQASI
UEFA çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb. Matc.az xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubundan Kevin de Bruyne layiq görülüb.
31 yaşlı belçikalı yarımmüdafiəçi Almaniyanın "Borussiya" (Dortmund) komandasını 2:1 hesabı ilə məğlub etdikləri görüşdə məhsuldar ötürmə ilə yadda qalıb.
çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına Belçika "Brügge"sindən Ferran Yutqla, Fransa PSJ-sindən Kilian Mbappe və Almaniya "Bavariya"sından Camal Musiala da namizəd idi.