PSJ bu mövsüm Çempionlar Liqasında indiyədək 119,4 milyon avro pul mükafatı qazanıb ki, bu da turnirdə iştirak edən bütün klublar arasında ən yaxşı göstəricidir.

Matc.az xəbər verir ki, bu barədə "Football Meets Data" analitik platforması məlumat yayıb.

Bildirilir ki, Milanın "İnter"i 118,1 milyon avro qazanaraq ikinci yerdə qərarlaşıb. İlk "üçlüy"ü 117 milyon avro ilə Londonun "Arsenal" klubu tamamlayıb.

Çempionlar Liqasının cari mövsümündə ən çox qazanan 10 klub:

1. PSJ - 119,4 milyon avro;
2. "İnter" - 118,1 milyon avro;
3. "Arsenal" - 117 milyon avro;
4. "Barselona" - 116,6 milyon avro;
5. "Bavariya" - 105,9 milyon avro;
6. "Borussiya" (Dortmund) - 102,2 milyon avro;
7. "Real" (Madrid) - 101,8 milyon avro;
8. "Liverpul" - 98,1 milyon avro;
9. "Bayer" - 87,1 milyon avro;
10. "Atletiko" (Madrid) – 84,9 milyon avro.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest