"Biz həm Münhendə, həm də burada onların təzyiqinə cavab verdik, birlikdə mübarizə apardıq. 4 ildir birlikdəyik, möhtəşəm komandamızın olduğunu bilirik"
"İnter" Çempionlar Liqası 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Bavariya" ilə 2:2 hesablı heç-heçə əldə edib.
Matc.az xəbər verir ki, iki oyunun nəticəsinə əsasən 4:3 hesablı üstünlük əldə edən Milan təmsilçisi adını yazımfinala yazdırıb. Komandanın baş məşqçisi Simone İnzagi matçdan sonra açıqlama verib. İtalyan mütəxəssis möhtəşəm oynadıqlarını bildirib:
"İki möhtəşəm oyun keçirdik. Bu, oyunçular, klub və azarkeşlərlə paylaşılacaq bir qələbədir. Uzun və çətin bir mövsüm oldu. "Bavariya" kimi bir komandaya qarşı bunu etmək mükəmməldir. Biz həm Münhendə, həm də burada onların təzyiqinə cavab verdik, birlikdə mübarizə apardıq. 4 ildir birlikdəyik, möhtəşəm komandamızın olduğunu bilirik. İrəliləməyə davam etməli və bu anların dadını çıxarmalıyıq".