17 Aprel 2025, 16:55
ÇEMPİONLAR LİQASI
"Real"ın futbolçusu Luka Modriç yeni rekorda imza atıb.
Matc.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi "kral klubu"nun heyətində Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu olub. Modriç buna 1/4 final mərhələsinin "Arsenal"la cavab görüşündə (1:2) nail olub.
74-cü dəqiqədə meydana daxil olan Modriç "Real" forması ilə 134-cü Çempionlar Liqası matçında iştirak edib. 40 yaşlı oyunçu aktivində 133 oyun olan Kərim Benzemanı qabaqlayıb.
Qeyd edək ki, Luka Modriç bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 49 oyunda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.