Bu gün UEFA çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma baş tutub.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası - Xorvatiya "Dinamo"su (Zaqreb) Avstriyada "Zalsburq"un qonağı olub. Mahirin sonadək ehtiyatda qaldığı bu matç Zaqreb təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. E qrupunun digər matçında isə "çelsi" İngiltərədə "Milan"ı qəbul edib və darmadağına sevinib.
F qrupunda turnirin son qalibi "Real" Donetsk "Şaxtyor"u ilə qarşılaşıb. Madrid təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb. "Leypsiq" isə evdə "Seltik" üzərində inamlı qələbəyə imza atıb.
G qrupunda "Mançester Siti" "Kopenhagen"i darmadağın edibsə, "Sevilya" evdə Dortmund "Borussiya"sına böyük hesabla uduzub.
H qrupunda "Yuventus" Hayfa "Makkabi"sini məğlub yola salıb. "Benfika" isə PSJ ilə münasibətlərinə aydınlıq gətirib. Paris təmsilçisi səfərdən 1 xalla dönüb.
UEFA çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
5 oktyabr
E qrupu
Zalsburq (Avstriya) - Dinamo (Zaqreb, Xorvatiya) 1:0
Qol: Okafor, 71.
çelsi (İngiltərə) - Milan (İtaliya) 3:0
Qol: Fofana, 24. Obameyanq, 56. R.Ceyms, 62.
Xal: Zalsburq – 5. çelsi – 4. Milan – 4. Dinamo – 3.
F qrupu
Leypsiq (Almaniya) - Seltik (Şotlandiya) 3:1
Qol: Nkunku, 27. A.Silva, 64; 77 – Jota, 47.
Real (İspaniya) - Şaxtyor (Donetsk, Ukrayna) 2:1
Qol: Rodriqo, 13. Vinisius, 28 – Zubkov, 39.
Xal: Real – 9. Şaxtyor – 4. Leyptsiq – 3. Seltik – 1.
G qrupu
Mançester Siti (İngiltərə) - Kopenhagen (Danimarka) 5:0
Qol: Haland, 7; 32. Xoçolava, 39-öz qapısına. Mahrez, 55-pen. X.Alvares, 76.
Sevilya (İspaniya) - Borussiya (Dortmund, Almaniya) 1:4
Qol: En Nesiri, 51 – R.Gerrero, 6. Bellingem, 41. Adeyemi, 43. Brandt, 75.
Xal: Mançester Siti – 9. Borussiya – 6. Sevilya – 1. Kopenhagen – 1.
H qrupu
Yuventus (İtaliya) - Makkabi (Hayfa, İsrail) 3:1
Qol: Rabyo, 35; 83. Vlahoviç, 50 – David, 75.
Benfika (Portuqaliya) - PSJ (Fransa) 1:1
Qol: Danilo, 41-öz qapısına – Messi, 22.
Xal: PSJ – 7. Benfika – 7. Yuventus – 3. Makkabi - 0.