"İnter" 12 ildən sonra UEFA çempionlar Liqasında "Barselona"ya qalib gəlib (1:0). Matc.az xəbər verir ki, Milan təmsilçisi buna qrup mərhələsinin 3-cü tur oyununda nail olub.
 
İtaliya klubu çL-də bu rəqibini son olaraq 2010-cu ildə məğlub edib – 3:1.
 
Tərəflər 12 il ərzində çempionlar Liqasında ümumilikdə 7 dəfə üz-üzə gəliblər.
 
Bundan əlavə, "Barselona" turnirdəki son 3 səfər qarşılaşmasında qol vura bilməyib. Bu, Kataloniya təmsilçisinin tarixdə ən pis göstəricisidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest