"Ayaks" çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə "Napoli"yə böyük hesabla uduzub (1:6). Matc.az xəbər verir ki, Amsterdam klubu 1964-cü ilin noyabrından bəri bütün yarışlarda ən böyük məğlubiyyətə uğrayıb.
 
58 il əvvəl komanda Niderland çempionatında "Feyenoord"a 4:9 hesabı ilə uduzmuşdu.
 
üç turdan sonra "Ayaks" 3 xalla A qrupunda üçüncüdür. "Napoli" isə 9 xalla birinci yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest