İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Haland UEFA çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu buna qrup mərhələsinin 3-cü turu çərçivəsində evdə Danimarka "Kopenhagen"inə 5:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub.
 
Bu qarşılaşmada dubla imza atan forvard qitənin bir nömrəli klub turnirində meydana çıxdığı 22 görüşdə 28 dəfə fərqlənən ilk oyunçu kimi tarixə düşüb.
 
Haland çempionlar Liqasında vurulan qol sayına görə braziliyalı Rivaldo və uruqvaylı Luis Suaresi geridə qoyub. Onların hər ikisinin hesabında 27 qol var.
 
Norveçli futbolçu çL-in bombardirləri siyahısında da Rayan Giqqz və Jan-Pyer Papenə çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest