Bu gün UEFA çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib. Sports.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş baş tutub.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su evdə "Zalsburq"la qarşılaşıb və heç-heçə edib. E qrupunun digər matçında isə "çelsi" "Milan"ın qonağı olub. İngiltərə təmsilçisi İtaliyadan inamlı qələbə ilə qayıdıb.

F qrupunda çL-in sonuncu qalibi "Real" Polşada Donetsk "Şaxtyor"unun qonağı olub. Madrid təmsilçisi bu oyunda məğlubiyyətdən son anda qurtulub. Bu qrupun digər matçında "Seltik" evdə "Leypsiq"ə 2 cavabsız qolla uduzub.

G qrupunda "Mançester Siti" Danimarkada "Kopenhagen"in qonağı olub. Bu oyunda qapılara qol vurulmayıb. Dortmund "Borussiya"sı isə Almaniyada "Sevilya" ilə "sülh bağlayıb".

H qrupunda "Yuventus" İsraildə Hayfa "Makkabi"sinin qonağı olub və məğlubiyyətlə üzləşib. PSJ - "Benfika" matçında isə qalib müəyyənləşməyib.

Bu turun qalan 8 oyunu oktyabrın 12-də keçiriləcək.

UEFA çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
11 oktyabr

E qrupu

Milan (İtaliya) - çelsi (İngiltərə) 0:2
Qol: Jorjinyo, 21-pen. Obameyanq, 34.

Dinamo (Zaqreb, Xorvatiya) - Zalsburq (Avstriya) 1:1
Qol: Lyubiçiç, 40 – Seyvald, 12.

Xal: çelsi – 7. Zalsburq – 6. Milan – 4. Dinamo – 4.

F qrupu

Seltik (Şotlandiya) - Leypsiq (Almaniya) 0:2
Qol: Verner, 75. Forsberq, 84.

Şaxtyor (Donetsk, Ukrayna) - Real (İspaniya) 1:1
Qol: Zubkov, 46 – Rüdiger, 90+5.

Xal: Real – 10. Leypsiq – 6. Şaxtyor – 5. Seltik – 1.

G qrupu

Kopenhagen (Danimarka) - Mançester Siti (İngiltərə) 0:0

Borussiya (Dortmund, Almaniya) - Sevilya (İspaniya) 1:1
Qol: Bellingem, 35 – Nyanzu, 18.

Xal: Mançester Siti – 10. Borussiya – 7. Kopenhagen – 2. Sevilya – 2.

H qrupu

Makkabi (Hayfa, İsrail) - Yuventus (İtaliya) 2:0
Qol: Atzili, 7; 42.

PSJ (Fransa) - Benfika (Portuqaliya) 1:1
Qol: Mbappe, 40-pen – J.Mario, 62-pen.

Xal: PSJ – 8. Benfika – 8. Makkabi – 3. Yuventus – 3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest