11 Oktyabr 2022, 15:56
ÇEMPİONLAR LİQASI
"Bavariya" iki əsas müdafiəçisi sıradan çıxıb. Matc.az xəbər verir ki, Münhen təmsilçisinin heyətində Matteys de Liqt və Alfonso Deyvis zədə səbəbindən bir müddət məcburi istirahət etməli olacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki oyunçu Dortmund "Borussiya"sı ilə Bundesliqanın 9-cu tur matçında (2:2) sıradan çıxıb.
Onlar zədə səbəbindən UEFA çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində çexiyada baş tutacaq "Viltoriya" (Plzen) ilə oyunu buraxacaqlar. Münhen təmsilçisinin daha bir futblçusu - Serj Qnabrinin isə bu oyunda iştirakı sual altındadır.
Əvəzində komandanın hücumçusu Tomas Müller sıraya dönüb. Koronavirusa yoluxduğu üçün "Viktoriya" ilə ilk oyunu, eləcə də "Borussiya" ilə matçı buraxmalı olan təcrübəli futbolçu artıq tam sağalıb və komanda ilə məşqlərdə iştirak edir.
Oktyabrın 12-də keçiriləcək "Viktoriya" – "Bavariya" matçına saat 23:00-da start veriləcək.