Kilian Mbappe Fransanın PSJ klubunun UEFA çempionlar Liqasında ən çox qol vuran futbolçusuna çevrilib. Matc.az xəbər verir ki, 24 yaşlı hücumçu buna çL-in qrup mərhələsinin 4-cü turu çərçivəsində Portuqaliya "Benfika"sına qarşı keçirdikləri ev oyununda (1:1) nail olub.
 
39-cu dəqiqədə penaltidən fərqlənən fransalı forvard Paris təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirindəki qollarının sayını 31-ə çatdırıb. Mbappe hazırda İspaniya "Valensiya"sında çıxış edən Edinson Kavanini (30 qol) geridə qoyub.
 
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest