İspaniyanın "Real" klubu UEFA çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, Madrid təmsilçisi buna çL-in qrup mərhələsinin 4-cü turunda Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına qarşı keçirdikləri səfər oyununda (1:1) nail olub.
 
İspaniya çempionu tarixində 31-ci dəfə qitənin bir nömrəli klub turnirində pley-offa yüksəlib. "Real" iştirak etdiyi bütün yarışlarda qrupdan çıxan yeganə komandadır. 
 
Madridlilər yalnız 1996/97 mövsümündə pley-offda iştirak edə bilməyib. Buna İspaniya nəhənginin həmin mövsüm çempionlar Liqasına vəsiqə qazana bilməməsi səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest