Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsi start götürüb.
 
Matc.az xəbər verir ki, ilk oyunlar çərçivəsində iki matç baş tutub.
 
Turnirin son qalibi “Mançester Siti” Danimarkada “Kopenhagen”in qonağı olub. İngiltərə çempionu 3:1 hesabı ilə qalib. Oyunun fasiləsinə kimi qapılara 3 qol vurulub. Matçın son saniyələrində Foden fərqi ikiyə yüksəldib.
 
Almaniyada “Leypsiq” “Real”ı qəbul edib. Qarşılaşmanın taleyini 1 top həll edib. Madrid klubu Diasın qolu sayəsində cavab matçından əvvəl böyük üstünlük qazanıb.
 
Qeyd edək ki, 1/8 finalın növbəti iki matçı bu gün keçiriləcək.
 
UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar
13 fevral

00:00. “Leypsiq” – “Real” - 0:1
Qol: Dias, 49
Kopenhagen, “Parken” stadionu
 
00:00. “Kopenhagen” – “Mançester Siti” - 1:3
Qollar: Mattsson, 34 - De Bruyne, 10. Bernardo, 45+1. 90+2
Leypsiq, “RB Arena”

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest