“Barselona”nın baş məşqçisi Xavi Ernandes vaxtından əvvəl istefa verə bilər. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssisin taleyi Çempionlar Liqasından asılı olacaq.

Komanda 1/8 final mərhələsində “Napoli” ilə qarşılaşacaq. Kataloniyalılar İtaliya klubu ilə mübarizədən məğlub ayrılsa, Xavi istefaya göndərilə bilər. Belə olarsa, klub rəhbərliyi mövsümün sonunda ayrılacağını açıqlayan çalışdırıcının gedişini tezləşdirməyi düşünəcək.

Qeyd edək ki, “Barselona” “Napoli” ilə ilk oyununu fevralın 21-də səfərdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest