PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”a keçidinə şübhə ilə yanaşmasının səbəbləri məlum olub. Matc.az xəbər verir ki, komandanın son məşqlərinin birinə toplaşan parislilərin 600 azarkeşi ondan komandada qalmağı xahiş edib.

25 yaşlı forvard buna təəccüblənib. Həmçinin Mbappe PSJ-nin yeni ev stadionunda oynayaraq, özünü sübut etməkdə maraqlıdı. Digər məqam isə Mbappenin anası Faiza Lamarinin oğlunu komandada qalmağa inandırmağa çalışmasıdı. Çünki PSJ daha əlverişli müqavilə şərtləri təklif edir.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 29 matçda 30 qol vurub, 7 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest