“Çelsi” mövsümün sonunda böyük transfer büdcəsi ayıracaq. Matc.az xəbər verir ki, İngiltərə klubu yeni oyunçu keçidləri üçün 200 milyon funt-sterlinq xərcləməyi düşünür.

Maliyyə feyr-pleyini də nəzərə alsaq, “zadəganlar” heç bir oyunçu satmadan belə, bu qədər pul xərcləmək imkanına malik olacaq. Bəzi futbolçularını satarsa, transfer üçün məbləğ 300-350 milyon funt-sterlinqə qədər yüksələ bilər.

London klubunun ilk hədəfi “Bavariya”nın sol cinah müdafiəçisi Alfonso Devis olacaq. Kanadalı uğrunda “Real”la mübarizə aparılacaq. Həmçinin “Bornmut”un müdafiəçisi Miloş Kerkez də “Çelsi”nin maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest