13 Fevral 2024, 17:26
FUTBOL
Əfsanəvi italiyalı qapıçı Canluici Buffon sabiq komandası PSJ-nin Çempionlar Liqasını qazana bilməməsinə münasibət bildirib. Matc.az xəbər verir ki, veteran qolkiper buna hələ də təəccübləndiyini söyləyib:
“Yuventus”dan PSJ-yə keçəndə Parisdə möhtəşəm oyunçular gördüm və düşündüm ki, bu oyunçuları Turin klubuna aparsaq, ardıcıl 4 dəfə Çempionlar Liqasını qazanarıq. PSJ-nin bütün bu oyunçularla necə Çempionlar Liqasını qazana bilmədiyini bilmirəm – Markinyoş, Silva, Verratti, Neymar, Mbappe”.
Qeyd edək ki, Canluici Buffon ötən ilin yayında karyerasını bitirib. O, 2018-19 mövsümünü PSJ-də keçirib.