"Tək hücumda yox, müdafiədə də problemlərimiz var. Ən çox qol buraxan komandayıq. Düşünürəm ki, çətin işdir"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olub.
 
Matc.az xəbər verir ki. "qırmızı qaralar"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Çətin oyun alındı. İki fərqli hissə izlədik. Birinci hissədə daha çox "Turan Tovuz"un üstünlüyü ilə keçdi. Oyunu qaytarmağa çalışsaq da, sonda 2-ci qolu vurmaq nəsib olmadı. İkinci hissədə yaxşı oynadıq. Sonuncuyuq. Bilirik ki, nələrisə düzəltməliyik.
 
- Ölkə kubokunda çıxışdan sonra komandada yorğunluğ hiss olunurdu?
 
- Belə düşünmürəm. Amma reallıqdır. Üç gündən bir oynayırıq. Bu da təsirsiz ötüşmədi komandaya. Amma yenə də, tək biz deyilik. Əgər hər iki turnirdə oynayırsansa, bu problermlə üzləşirsən. Zədəli və cəzalı futbolçularımızın çox olduğu üçün rotasiya edə bilmədik. Komanda toparlanıb gələcəkdə daha da uğurlu olacaq.
 
- Hücum xəttində problem görünür...
 
- Tək hücumda yox, müdafiədə də problemlərimiz var. Ən çox qol buraxan komandayıq. Düşünürəm ki, çətin işdir. Zədəli və cəzalı futbolçular geri qayıdandan sonra daha fərqli olacağıq. Bütün futbolçular olanda rəqabət daha da yaxşı olur. Bu gün oyunçularım əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. 
 
-Müəyyən bir pauza olacaq. Bu komandaya necə təsir edəcək?
 
- Hərdən pauzanın xeyri də olur. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest