13 Fevral 2024, 18:05
FUTBOL
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Yığıncaqda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub. “Sabah”la matçda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Riçard Almeyda biri şərti olmaqla 2 oyun cəzalanıb, “Qarabağ” 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay müəyyənləşdirilib.
“Qəbələ” – “Araz-Naxçıvan” görüşündə 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimələnib. “Neftçi” – “Sumqayıt” qarşılaşmasında meydan sahibləri 6, qonaqlar 4 futbolçusu sarı vərəqə aldığı üçün eyni cəzaya məruz qalıblar.
Matç bitdikdən sonra “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Bakı klubu 1500 manat xərcə düşüb.