"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino komandanın yarımmüdafiəçisi Konor Qallaher haqda danışıb.
 
Matc.az xəbər verir ki, argentinalı mütəxəssis futbolçunun karyerası barədə söz açıb:
 
"Qallaher mənə "Çelsi"də qalmaq istədiyini söyləyib. Onu çox bəyənirik. Ona və komandaya görə xoşbəxtəm. Müqaviləyə gəlincə, bu, Konorun özündən asılıdır".
 
Bu mövsüm Premyer Liqada Qallaher 23 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest