13 Fevral 2024, 22:41
FUTBOL
“Məncə, bu gün oyunumuz alınmadı”.
Matc.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç deyib.
Montenoqrolu mütəxəssis Azərbaycan Premyer Liqasının XXII turunda “Araz-Naxçıvan”a məğlubiyyəti şərh edib. Bojoviç qələbəyə layiq olmadıqlarını bildirib: “Rəqib qapısı qarşısında təhlükəli epizodlar yarada bilmədik. Oyun ərzində yüz faizlik qol şansımız olmadı. Düzdür, uzaqdan zərbələr var idi, amma xüsusi bir şey görmədim. Bu oyunda qələbəyə layiq deyildik”.
Qeyd edək ki, “Neftçi” səfərdə “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzub.