“Mançester Siti”nin futbolçusu Fil Foden yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, o, Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “Kopenhagen”lə görüşdə iştirak etməklə turnirdə 50-ci oyununu keçirib.

Foden Avropanın ən nüfuzlu klub turnirində 50 oyuna ən gənc yaşda çatan ingilis olub. O, 23 yaş 261 günündə bunu bacarıb. “Mançester Siti”nin yetirməsi olan hücumameyilli oyunçu indiyə qədər 16 kubok qazanıb.

Qeyd edək ki, “Mançester Siti” Danimarkadakı oyunda “Kopenhagen”ə 3:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab görüşü martın 6-da Madriddə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest