“Mançester Siti” (ÇL) Çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, “şəhərlilər” 1/8 final mərhələsinin “Kopenhagen”lə ilk görüşündə 3:1 hesablı qələbə qazanaraq bunu reallaşdırıb.

Belə ki, İngiltərə təmsilçisi turnirdə ardıcıl 7-ci oyunda 3 və ya daha çox qol vurub. Turnirin son qalibi buna qədər qrupdakı bütün qarşılaşmalarda rəqiblərinin qapısından 3 top keçirmişdi.

“Mançester Siti” “Leypsiq”i 3:1, 3:2, “Srvena Zvezda”nı 3:1, 3:2, “Yanq Boyz”u isə 3:1, 3:0 hesabı ilə məğlub etmişdi. İndiyə qədər heç bir komanda ÇL-də belə məhsuldarlıq göstərməyib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 6-da reallaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest