14 Fevral 2024, 10:37
FUTBOL
Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “Leypsiq”lə ilk oyun “Real”ın hücumçusu Vinisius Junior üçün əlamətdar olub. Matc.az xəbər verir ki, Braziliya millisinin üzvü 23 yaş 216 günlüyündə qitənin ən nüfuzlu klub turnirində 50-cü görüşünü keçirib.
O, ÇL-də bu qədər oyuna ən gənc yaşda çatan 5-ci futbolçu olub. Bu baxımdan rekordçu “Real”ın sabiq qapıçısı İker Kasilyasdı. İlk “beşlik”dəki digər oyunçular Lionel Messi, Kilian Mbappe və Sesk Fabreqasdı.
Qeyd edək ki, “Real” Almaniyadakı matçda “Leypsiq”ə 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab görüşü martın 6-da Madriddə olacaq.