Azərbaycan Premyer Liqasının XXII turunda 15 qol vurulub. Matc.az xəbər verir ki, keçirilən 5 matçın hər birində orta hesabla 3 top qeydə alınıb. Cari mövsüm 5-ci dəfə bir turda 15 və ya daha çox qol vurulub.
Azərbaycan Premyer Liqasının XXII turunda 15 qol vurulub. Matc.az xəbər verir ki, keçirilən 5 matçın hər birində orta hesabla 3 top qeydə alınıb.
Cari mövsüm 5-ci dəfə bir turda 15 və ya daha çox qol vurulub. Rekord X və XVI turlara məxsusdu. Həmin turlarda qapılardan ümumilikdə 19 top keçib. Elita təmsilçiləri XII turda 16, I turda isə 15 dəfə rəqibi cəzalandırıblar.
Qeyd edək ki, XXII turun “Qarabağ” – “Sabah” (3:3), “Kəpəz” – “Səbail” (1:4), “Turan Tovuz” – “Qəbələ” (2:1) və “Araz-Naxçıvan” – “Neftçi” (1:0) oyunlarında qol qeydə alınıbsa, “Zirə” – “Sumqayıt” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.