Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Zirə” – “Sumqayıt” oyununda 2 penalti təyin olunsa da, hər ikisində fərqlənmək mümkün olmayıb. Matc.az xəbər verir ki, belə hal son 8 ildə ilk dəfə yaşanıb.

Qolsuz bərabərə bitən görüşdə ev sahiblərindən Qismət Alıyev, qonaqlardan Rövlan Muradov qapıçı ilə dueldən qalib ayrıla bilməyib.

Sonuncu dəfə isə 2015-16 mövsümündə belə vəziyyət yaranıb. 2016-cı il mayın 1-də reallaşan “İnter” - “Sumqayıt”ın (2:2) oyununda 3 penalti zərbəsi qolla nəticələnməyib.

8 il əvvəlki qarşılaşmada meydan sahiblərindən Nika Kvekveskiri, qonaqlardan isə Ağabala Ramazanov və Vaqif Cavadovun cəhdi uğursuz olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest