14 Fevral 2024, 13:04
FUTBOL
“Real”ın vingeri Rodriqo Çempionlar Liqasının 1/8 final mərhələsində “Leypsiq”lə ilk oyunda meydana çıxmaqla yubilyar olub. Matc.az xəbər verir ki, braziliyalı futbolçu “kral klubu”nun heyətində 200-cü görüşünü keçirib.
Bu müddət ərzində 23 yaşlı ön xətt oyunçusu 50 qol vurub, 36 məhsuldar ötürmə verib. 2019-cu ildən İspaniya nəhənginin şərəfini qoruyan Rodriqo “kral klubu”nun heyətində ümumilikdə 9 kubok qazanıb.
Qeyd edək ki, “Real” ilk matçda səfərdə “Leypsiq”ə 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab görüşü martın 6-da Madriddə olacaq.