İspaniya klubu “Rayo Valyekano”da baş məşqçi istefası reallaşıb. Matc.az xəbər verir ki, rəhbərlik komandanın çalışdırıcısı Fransisko Xavyer Rodrigesi postundan uzaqlaşdırıb.

La Liqa klubu 45 yaşlı mütəxəssisi qovduğunu rəsmi saytı vasitəsilə açıqlayıb. Buna səbəb isə uğursuz çıxış göstərilib. Təsadüfi deyil ki, “Rayo Valyekano” ölkə çempionatının son 14 oyununun yalnız 1-də qələbə qazanıb.

Qeyd edək ki, 24 turdan sonra “Rayo Valyekano” 24 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest